Rusiyanın “Büro 1440” şirkəti yerətrafı orbitə 16 ədəd “Rassvet” peyki buraxıb.

Bu peyklər alçaq orbitli qruplaşmaya əsaslanan peyk interneti sisteminin bir hissəsi olacaq. “Space X” şirkətinin 10 mindən çox aparatdan ibarət “Starlink” şəbəkəsi də bu sistem üzərində qurulub.

“Büro 1440” 2027-ci ilə qədər 156 aparat buraxmağı planlaşdırır. Daha 292 peyk buraxıldıqdan sonra – 2027-ci ildə şirkətin kommersiya xidməti fəaliyyətə başlayacaq. 2028-ci ildə daha 318 peykin buraxılması nəzərdə tutulub.

Şirkət ilk 16 aparatı hələ 2025-ci ildə buraxmağı planlaşdırsa da, bu baş verməmişdi. Səbəblər barədə rəsmi məlumat verilməsə də, “Kommersant” qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, ola bilsin, aparatları vaxtında istehsal edib çatdıra bilməyiblər.
Peyk şəbəkəsi ilk növbədə hərbi rabitəni təmin etmək üçün mühümdür. Ukraynadakı müharibədə Rusiya ordusu internetdən ciddi dərəcədə asılıdır.

“Space X” şirkəti cəbhə xəttində terminalların işinə məhdudiyyətlər tətbiq edəndə Rusiya hərbçiləri qlobal şəbəkəyə çıxışdan məhrum olmuşdular və bu onların döyüş effektivliyinə mənfi təsir göstərdi.

Daha əvvəl Rusiya ordusu tez-tez “Starlink”in üçüncü ölkələrdən aldığı  “boz” terminallarından istifadə edirdi. 

“Space X” həmçinin “StarShield” adlı xüsusi hərbi şəbəkədən də istifadə edir. Bu şəbəkənin aparatları təkcə məlumat ötürmür; həm də Yeri məsafədən zondlamaqla, yəni kəşfiyyat fəaliyyətiylə də məşğul olur.

“Politfm”