Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Rusiya son iki gün ərzində paytaxt Kiyevə və ölkənin digər şəhərlərinə yüzlərlə dron atıb (“Reuters”).
Prezident Volodimir Zelenski bildirib ki, çərşənbə günündən bəri Ukrayna ərazisinə 1 560-dan çox dron buraxıb. Onun sözlərinə görə, təkcə cümə axşamına keçən gecə Moskva Ukraynaya qarşı 670-dən çox drondan və 56 raketdən istifadə edib.
Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb ki, HHM sistemləri gecə ərzində 56 raketdən 41-ni, 670 drondan isə 652-ni məhv edə bilib.
“Bunlar müharibənin sona yaxınlaşdığına inananların hərəkətləri deyil. Tərəfdaşların bu hücum qarşısında susmaması vacibdir. Eyni zamanda, səmanın qorunmasına dəstəyin davam etməsi də böyük əhəmiyyət daşıyır” deyə, Zelenski əlavə edib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayıb və müharibə hələ də davam edir. Bu il döyüş meydanında Rusiyanın irəliləyişi xeyli zəifləyib.
Moskva son hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Xilasedicilər dağıntılar altında qalanlar olub-olmadığını araşdırırlar.
Zelenskinin sözlərinə görə, gecə hücumlarının əsas hədəfi Kiyev olub. Şəhərin 20 müxtəlif nöqtəsində, həmçinin Kiyev vilayətində dağıntılar qeydə alınıb.
Rəsmi məlumatlara görə, Kiyevdə azı 3 nəfər həlak olub, təxminən 40 nəfər yaralanıb.
“Politfm”



