Foto: “Getty İmegs”
Qlobal enerji ixracında Hörmüz boğazındakı blokadaya görə yaranmış fasilələr fonunda Panama kanalı vasitəsilə xam neft və neft məhsullarının daşınması kəskin şəkildə artıb.
Yaponiyanın “Nikkei” qəzetinin məlumatına görə, Atlantik və Sakit okeanları birləşdirən bu kanal vasitəsilə daşınmaların həcmi ötən ilin orta göstəricisi ilə müqayisədə 74% artıb.
Hesabatda qeyd olunur ki, ABŞ-nin şərq sahillərindən tədarük azaldığı üçün daşımaların əsas istiqaməti Asiya ölkələrinə doğru dəyişib.
Aprel ayında Panama kanalı vasitəsilə neft və neft məhsullarının günlük tranziti 1,77 milyon barrelə çataraq 2013-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Bu kanal əsasən orta və kiçik ölçülü tankerləri qəbul edir. ABŞ-nin böyük tankerləri isə Asiyaya daşımaları Cənubi Afrikadakı Ümid burnu vasitəsilə həyata keçirməyə məcbur olurlar.
“Politfm”



