Texniki mütəxəssislər ağır sulu reaktorun ikinci dövrəsində işləyirlər. Şəkil rəsmi şəxslərin və media nümayəndələrinin obyektə səfəri zamanı çəkilib, Arak, İran, 2019 (foto: AP)


 

Son hərbi əməliyyatlar İranın nüvə proqramına ciddi təsir göstərməyib və uranın zənginləşdirilməsi prosesini əhəmiyyətli sayılacaq dərəcədə ləngitməyib.

“Reuters” bunu ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazıb.

Bildirilir ki, İran nüvə silahı hazırlamaq istəsə, proses təxminən 9–12 ay çəkə bilər. Bu müddət ötən illə müqayisədə, demək olar ki, dəyişməz qalıb.

Qeyd olunur ki, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi qorunub saxlanıb və tam şəkildə qiymətləndirilməyib.

Ekspertlər vurğulayırlar ki, bu amil nüvə silahının hazırlanma müddətinin müəyyənləşdirilməsində həlledici rol oynayır.

 

“Politfm”