Avropanın geosiyasi qütb olması məqsədilə hərbi-iqtisadi konsolidasiyaya start verilərək “ReArm Europe” adlı plan qəbul olunub. Söhbət, Avropanın faktiki olaraq hərbi iqtisadiyyata keçiddən və yeni hərbi-siyasi konsepsiyanın qəbulundan gedir.
“ReArm Europe” planı Avropanın müdafiəsinə 100 milyardlarla avronun ayrılmasını nəzərdə tutur və bu pulların ayrılması üçün bu istiqamətlər prioritetdə olacaq:
– Vahid, çox mərhələli HHM sisteminin qurulması. Bu sistem, Avropanın dronlardan və fərqli tipli raketlərdən(balistika, hipersəs və s) müdafiəsini təmin edəcək.
– Artilleriya. Kütləvi şəkildə ən müasir artilleriya(reaktiv yaylım atəş sistemləri) qurğularının istehsalı nəzərdə tutulur.
– Sursatlar. Müharibə göstərdi ki, Qərb hərbi sənaye kompleksinin artilleriya üçün sursatların çatışmazlığı problemi var. Bu problenin aradan qaldırılması planlaşdırılır. Avropa HSK-si non-stop rejimində sursatların istehsalı gücləri artıracaq, kütləvi şəkildə zavodlar tikiləcək.
– Müharibə göstərdi ki, müasir hərbi əməliyyatlarda hava üstünlüyü çox böyük rol oynayır və söhbət ilk növbədə dronlardan gedir. “EuArm Europe” Avropada müasir dronların kütləvi istehsalını təmin edəcək.
– İnfrastruktur. Avropa ərazisində bir çox silah-sursat habların qurulması və hərbi qüvvələrin sürətli yerdəyişməsini təmin edən loqistikanın qurulması hazırlanır.
-Kibertəhlükəsizlik, süni intelekt, radio elektron mübarizə texnologiyaların və s. inkişafına böyük pullar ayrılacaq.
Ukrayna bu hərbi-iqtisadi konsolidasiyanın nəinki tərkibindədir, düz ortasındandır və bu fakt, Ukraynanı Qərb dünyasının, Avropanın ayrılmaz hissəsinə çevriləcək və bununla, Putinin xəyallarını(Ukraynanın Rusiyanın geosiyasi təsirinə qayıtması nəzərdə tutulur) ürəyində saxlayacaq.
Kamran Cəfərov



