Qroznı, 8 may 2026 (videodan skrinşot: “tsn.ua”)
Ukrayna ordusu Çeçenistanın paytaxtı Qroznı şəhərinə – Rusiyanın ən iri hərbi bazalarından birinə dron zərbələri endirib.
Bildirilir ki, şəhərdə azı iki partlayış baş verib: zərbələrdən biri paytaxtın Xankala rayonuna, digəri isə Qroznı dəmiryolu vağzalının yaxınlığına endirilib (“tsn.ua”).
Xankalada Rusiya Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun tərkibindəki 42-ci qvardiya motoatıcı diviziyasının (h/h 27777) qərargahı yerləşir.
Dəmiryolu vağzal Qroznının mərkəzində – Çeçenistan rəhbəri Ramzan Kadırovun iqamətgahına iki kilometrdən də az məsafədə yerləşir. Federal Təhlükəsizlik Xidmətinin (FSB) Çeçenistan şöbəsinin binası isə hadisə yerindən 120 metr aralıdadır.
Çeçenistan hakimiyyəti hələlik məlumatı şərh etməyib.
“Politfm”



