Foto: Abir Sultan/AP
İsrailin Baş naziri Benyamin Netanyahu video-müraciət yayaraq ölkənin Livan, Suriya və İranla münasibətlərinin son vəziyyətindən danışıb.
O deyib ki, ABŞ-nin İranla danışıqlarından tam xəbərdardırlar və Amerikanın hədəfləriylə İsrailin hədəfləri eynidir.
Netanyahu İranla razılaşma üçün 3 şərt irəli sürüb:
– zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır;
– İran uranı zənginləşdirmə fəaliyyətinə son qoyulmalıdır;
– Hörmüz boğazı gəmilər üçün açılmalıdır.
Netanyahu bu çıxışında İranın raket proqramının dayandırılması barədə heç nə deməyib.
O bildirib ki, İsrail ordusu Livanın cənubunda nəzarət etdiyi əraziləri Suriyadakı Hermon dağına tərəf genişləndirəcək. Onun sözlərinə görə, məqsəd həmin bölgədə yaşayan dürziləri qorumaqdır.
“Politfm”



