ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayanda əksər ekspertlər neftin qiymətinin sürətlə qalxacağını proqnozlaşdırırdı. Əməliyyayların bir müddət davam edəcəyi halda isə qiymətin 150 dollara qədər qalxacağı ehtimal olunurdu.
Bu gün son dörd ildə ilk dəfə olaraq neftin qiyməti 100 dollar həddini keçdi.
Həftənin ilk ticarət günündə Asiya bazarlarında Brent markalı neftin qiyməti 16,6% artaraq 108,10 dollar, ABŞ-nin WTI markalı nefti isə 19,6% bahalaşaraq 108,72 dollar/barel olub.
Müharibə səbəbindən gündəlik 20 milyon barel təklif riski yaranıb. Bu isə neft bazarında kəskin balans pozuntusunun yaranması deməkdir.
Bu vəziyyətin əsas səbəblərindən biri Hörmüz boğazıyla bağlı təhlükələrdir. Dünyada dəniz yoluyla daşınan neftin əhəmiyyətli hissəsi məhz bu strateji marşrutdan keçir. Müharibənin genişlənməsi həmin marşrut üzrə tədarükün pozulması riskini artırır.
“Politfm”



