Azərbaycan Hava Yolları (AZAL) Bakı–Naxçıvan reysinin bərpa olunduğunu, martın 10-dan etibarənsə bu istiqamətdə uçuşların adi qaydada davam edəcəyini açıqlayıb.


Naxçıvan Beynəlxalq Hava Limanının dron zərbəsi nəticəsində zərər görmüş hissələrində təmir işləri davam edir.

Eyni zamanda, Azərbaycanla İran sərhədində yük avtomobillərinin hərəkəti də bərpa olunub. Nazirlər Kabinetinin məlumatına görə, martın 9-u saat 10:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün yük daşımaları, o cümlədən tranzit daşımaları yenidən mümkün olub.

Martın 5-də Naxçıvana İran ərazisindən 4 PUA atılmış, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bütün uçuşlar ləğv edilmişdi. Həmin gün Azərbaycan hökuməti Azərbaycan–İran sərhədində yük avtomobillərinin hərəkətini də dayandırmışdı.

“Politfm”