Foto: “Bloomberg”
Hörmüz boğazının blokadası iyulun əvvəlinədək davam etsə, NATO gəmilərin keçidinə yardım etmək üçün əraziyə missiya göndərə bilər.
“Bloomberg” bunu alyansın yüksək vəzifəli nümayəndəsinə istinadən yazıb.
Daha əvvəl NATO bəyan etmişdi ki, regionda ancaq döyüş əməliyyatları başa çatandan və alyansa daxil olmayan ölkələrin də iştirak etdiyi geniş koalisiya formalaşandan sonra fəaliyyət göstərə bilər.
NATO-ya üzv ölkələrdən birinin diplomatı bildirib ki, Hörmüz boğazında vəziyyəti sabitləşdirmək üçün missiya yaradılması ideyasını alyansın bir neçə üzvü dəstəkləyir, yekdil razılıq yoxdur.
ABŞ alyansa Hörmüz boğazında hər hansı fəaliyyət üçün rəsmi müraciət göndərməyib.
“Politfm”



