HAKİM QƏRARI QÜVVƏDƏ SAXLAYIB, PENTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI İSƏ ZORAKILIĞA YOL VERİBLƏR
Bakı Apelyasiya Məhkəməsində “İşçi Masası” Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun apellyasiya şikayətinə baxılıb.
Afiəddin Məmmədov məhkəmədə çıxışı zamanı hakim dözümsüzlük göstərib.
O, çıxışını kağızdan oxuyarkən hakim Faiq Qəniyev onun sözünü yarıda kəsib və “məhkəmə prosesini səhnəyə çevirmə, emosionallıq göstərirsən, mahiyyəti üzrə danış” deyərək onun sözünü kəsib.
Afiəddin çıxışının kəsməsilməsinə baxmayaraq, davam edib.
Afiəddin çıxışını “Yaşasın işçilərin mübarizəsi!” deyərək bitirib. Penitensiar Xidmətin üç nəfər əməkdaşı Afiəddin Məmmədovun əlindən kağızı zorakı şəkildə alaraq, onu məhkəmə zalındakı şüşə kabinə salıblar.
Hakimin müdaxiləsindən sonra nəzarətçilər kağızı vəkilə yox, hakimə təqdim ediblər. Kağız iş materiallarına əlavə edilib.
Prosesin sonunda Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Vəkili Zibeydə Sadıqova Ali Məhkəməyə şikayət edəcəklərini deyib.
Afiəddin Məmmədov 2025-ci il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.
İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib.
Politfm.com



