Ana Səhifə Manşet ABŞ-DA TOFİQ YAQUBLU AKSİYASI-FOTOLAR

ABŞ-DA TOFİQ YAQUBLU AKSİYASI-FOTOLAR

2

ABŞ-da yaşayan azərbaycanlı gənclərin təşkil etdiyi aAksiyanın bəynatı:
Əziz həmvətənlər!
Əziz mübariz insanlar!

Biz bu gün burada tək bir insanın deyil, bir xalqın səsini ucaltmaq üçün, ədalət, azadlıq və vicdan naminə toplaşmışıq!

Bu gün biz Tofiq Yaqublu üçün buradayıq – o Tofiq Yaqublu ki, həyatını Azərbaycan xalqının azadlığına həsr edib! Qarabağ uğrunda savaşıb, demokratiya uğrunda artıq 4cü dəfədir ki, uzunmüddətli həbsdədir. Saysız hesabsız inzibati həbslər və işgəncələr onun həyatın adi hadisələrinə çevrilib. Azərbaycanda azadlıqları boğan siyasi hakimiyyət Tofiq Yaqubluya qarşı 9 il azadlıqdan məhrumetmə cəzası verib. O, bu ittihamı və cəzanı qəbul etmir. Tofiq Yaqublu 11 gündür ki, aclıq aksiyası keçirir! O, bəyan edib ki, bu aksiyanın sonunda ya öləcək, ya da azadlığına nail olacaq. Həyatını riskə ataraq, cismini yoxluğa təslim edərək, son gücü ilə “haqsızlığa boyun əymirəm” deyir!

11 gündür o, susdurulmuş insanların adından danışır! 11 gündür o, bütün Azərbaycan cəmiyyətinə, bizə bir çağırış edir:
“Ədalət hardadır? Azadlıq hardadır?!”

Tofiq Yaqublunun “cinayəti” nədir? Fikirləri? Doğruları söyləməsi? Onun tək günahı doğrunu deməkdir! Haqsızlığa “yox” deməkdir! Və bu gün, o həqiqətə görə həbsdədir, və aclıqla öz mübarizəsini davam etdirir!

Biz bu haqsızlığa, bu ədalətsizliyə, bu qəddarlığa etiraz edirik!

Bu təkcə Tofiq Yaqublunun mübarizəsi deyil – bu hər birimizin mübarizəsidir!
Bu gün onun azadlığı uğrunda danışmaq – sabah öz azadlığımızı qorumaqdır!
Bu gün onun aclıq çağırışına səs vermək – vicdanın, haqqın səsinə cavab verməkdir!


Biz tələb edirik:
Tofiq Yaqublu dərhal azad olunsun!
Aclıq aksiyası keçirən bir insanın həyatı təhlükə altındadır – buna göz yummaq cinayətdir.
Bütün siyasi məhbuslara azadlıq!

Tofiq Yaqubluya azadlıq!
Azərbaycana Azadlıq
Yaşasın demokratiya! Biz Qalib gələcəyik! Mütləq!