Foto: internet

 

2026-cı ilin birinci rübündə Azərbaycanın dövlət borcu 24 milyard 464,7 milyon manat olub. Bu, cari il üzrə proqnozlaşdırılan ÜDM-in (130 milyard 873,5 milyon manat) 18,7%-ini təşkil edir.

Bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin hesabatında qeyd olunub.

Dövlət borcunun 7 milyard 971,8 milyon manatı (32,6%) xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı isə (67,4 %) dövlət borcunun payına düşür.

“Politfm”