Foto: Samir Hussein/”WireImage”
Britaniya kralı III Çarlz Amerikaya səfərinin 2-ci günündə Konqresdə çıxış edib.
O, siyasi zorakılıqları pisləyərək bildirib ki, bu səfərə “Böyük Britaniya xalqının ABŞ xalqına dərin hörmətini və dostluğunu ifadə etmək üçün” gəlib.
Kral Avropa və Yaxın Şərqdə baş verən münaqişələr fonunda “dərin qeyri-müəyyənlik dövrü”nün yaşandığını qeyd edib və bunun bütün dünya üçün ciddi çağırışlar yaratdığını vurğulayıb.
“Məhz buna görə mən ürəkdən inanıram ki, xalqlarımızın mahiyyəti ruhən səxavətli olmaqda, mərhəməti təşviq etməkdə, sülhü dəstəkləməkdə, qarşılıqlı anlaşmanı dərinləşdirməkdə, inancından və ya inancsızlığından asılı olmayaraq bütün insanlara hörmətlə yanaşmaqdadır” deyən kral əlavə edib ki, dünyanın üzləşdiyi çağırışlar “o qədər böyükdür ki, heç bir ölkə onları təkbaşına həll edə bilməz”.
O həmçinin vurğulayıb ki, ABŞ və Böyük Britaniya arasındakı tərəfdaşlığın gücü tarixən ortaq təhlükələrə qarşı mübarizədə və qlobal təhlükəsizliyin təminində istifadə olunub və hazırda bu əməkdaşlıq Ukraynanın müdafiəsi üçün də zəruridir.
“Bu gün eyni sarsılmaz qətiyyət Ukraynanın və onun cəsur xalqının müdafiəsi üçün lazımdır ki, həqiqətən ədalətli və davamlı sülh təmin olunsun” – Britaniya kralı belə deyib.
Çıxışının sonunda o, ABŞ Konqresinə birlik çağırışı edib:
“Biz 250 il əvvəlki acı qarşıdurmalardan insanlıq tarixinin ən mühüm ittifaqlarından birinə çevrilmiş dostluq qoparıb çıxarmışıq. Ümid edirəm ki, bu ittifaq bundan sonra da Avropadakı, İttifaq ölkələrindəki və bütün dünyadakı tərəfdaşlarımızla birlikdə ortaq dəyərlərimizi qoruyacaq və biz daha çox qapanmayla bağlı çağırışlara uymayacağıq”.
“Politfm”



