Foto: AP



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İran ərazisinə dünənki zərbələrinə cavab olaraq bildirib ki, ölkəsinə qarşı heç bir hücum və ya təhdid cavabsız qalmayacaq.

“Döyüş meydanındakı məğlubiyyətinə baxmayaraq ABŞ bizim qətiyyətimizi sınamaq qərarına gəldi” – Əraqçi bu gün – iyunun 10-da “X” platformasındakı paylaşımında belə yazıb.

O, ABŞ-yə müraciətlə əlavə edib ki, “Təhlükəsizlikdə olmaq istəyirsinizsə, bölgəmizi tərk edin. Fars körfəzinin tarixində bura müdaxilə edən kənar şəxslərin acınacaqlı taleyi haqqında bir çox fəsillər var”.

Daha əvvəl İran mediası ölkənin cənubundakı Hörmüzqan əyalətinin Qeşm adasında, Sirik, Minab və Cask bölgələrində partlayışlar və raket zərbələri barədə məlumat yayıb, Bəndər-Abbas, Qeşm və Sirikdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib.

İran dövlət televiziyası isə xəbər verib ki, hücum dalğası səngiyib və vəziyyət “demək olar ki, sakitləşib”.

“Politfm”