Foto: Jacquelyn Martin/ “Getty İmages”
Amerika rəsmiləri bildiriblər ki, Vaşinqton İran tərəfinin İslamabadda keçirilməsi planlaşdırılan görüşdə iştirak edib-etməyəcəyi ilə bağlı cavab gözləyir. Vitse-prezident C.D.Vensin rəhbərlik edəcəyi ABŞ nümayəndə heyətinin Pakistana səfəri planlaşdırılır.
Bu barədə “Axios” məlumat yayıb.
Nəşrə danışan mənbələrin sözlərinə görə, danışıqların keçirilməsi ehtimalı yüksəkdir, lakin İran hələlik rəsmi razılıq verməyib və ABŞ-ın təkliflərinə ehtiyatla yanaşır.
“Reuters” yazır ki, Pakistan hökuməti İranın bu danışıqlarda iştirak edəcəyinə dair “müsbət siqnallar” aldığını bildirib.
Bundan əvvəl də ABŞ və İran nümayəndə heyətləri Pakistanın vasitəçiliyi ilə birbaşa və dolayı formatlarda təmaslarda olublar. Məqsəd müharibənin dayandırılması və mümkün razılaşma çərçivəsinin hazırlanmasıdır.
“Politfm”



