Foto: internet
Bu gün Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası – 16 vaqon dizel yanacağı ixrac olunacaq (APA).
“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınacaq yük Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılacaq.
Bir neçə gün əvvəl (14 aprel) eyni marşrutla Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilmişdi.
2025-ci ilin noyabr ayından etibarən Azərbaycandan bu ölkəyə 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib.
“Politfm”



