Foto: internet
Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk rübü üzrə məlumatına görə, Azərbaycanda noutbuk istehsalı kəskin azalıb. Yanvar-mart ayları ərzində cəmi 51 ədəd, təkcə mart ayında 16 ədəd noutbuk istehsal edilib.
Bu, 2025-ci ilin müvafiq dövüylə müqayisədə təxminən 96.4% azalma deməkdir.
Stolüstü kompüterlərin istehsalında da azalma qeydə alınıb. Yanvar-mart aylarında 164 ədəd stolüstü kompüter istehsal edilib – keçən illə müqayisədə 90% az.
2025-ci ildə 27.645 ədəd noutbuk, 2.920 ədəd stolüstü kompüter istehsal olunub.
“Politfm”



