Foto: “nournews.ir”



İranın xarici işlər naziri Abbas Əraqçi dünən – aprelin 26-da İslamada geri dönüb. Bu, Pakistan paytaxtına onun iki gün ərzində ikinci səfəridir.

 

Daha əvvəl – 24 aprel tarixli gəlişi zamanı Əraqçi Pakistan rəhbərliyi ilə ABŞ-İran danışıqlarının bərpası barədə təkliflərin müzakirəsinə qatılıb.

İran XİN-in sözçüsü Esmail Baqayi isə “X” platformasında yazıb ki, İran rəsmiləri ABŞ tərəfiylə görüş planlaşdırmırlar. Bu açıqlama Amerika prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin birbaşa danışıqlar üçün İslamabada səfər hazırlıqları fonunda verilib.

Daha sonra Tramp onların səfərinin ləğv edildiyini açıqlayıb; bildirib ki, İranla danışıqlar telefon vasitəsilə də aparıla bilər.

“Əgər danışmaq istəyirlərsə, yanımıza gələ bilərlər, ya da zəng edə bilərlər. Telefon var” – Tramp “Fox News” kanalına müsahibəsində belə deyib.

İran XİN-in rəhbəri İslamada dünənki səfərində Pakistan ordusunun Baş komandanı Asim Munirlə görüşüb. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Təxminən beş saat davam edən müzakirələrdən sonra Əraqçi Moskvaya yola düşüb (“cbsnews.com”).

“Politfm”