İran və ABŞ arasında danışıqlar davam etdiriləcək.
Bu haqda İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Daha sonra İran rəsmiləri xəbəri təsdiqləyiblər.

“Tərəflərin “etimadsızlıq divarını” aşmağa çalışdığı bir vaxtda bu, danışıqlar üçün yaxşı başlanğıc idi. Danışıqların davam etdirilməsilə bağlı anlaşma var. Necə davam edəcəyi paytaxtlardan koordinasiya ediləcək” – İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da Omanın paytaxtı Məsqətdə keçirilən görüşdən sonra dövlət televiziyasına açıqlamasında belə deyib.

Əraqçi həmçinin qeyd edib ki, görüşdə yalnız Tehranın nüvə proqramı müzakirə olunub:
“Sonrakı addımlar paytaxtlarımızla məsləhətləşmələrdən asılı olacaq”.

ABŞ rəsmiləri danışıqlarla bağlı hələ ki heç bir açıqlama verməyiblər.