Avropa İttifaqının texnologiya tənzimləyiciləri “TikTok” sosial media tətbiqini Aİ-nin rəqəmsal məzmun qaydalarını pozmaqda ittiham edir. “TikToku”un sahibi olan “ByteDance” şirkətindən tətbiqin dizaynını dəyişmək tələb olunur. Əks halda şirkət illik dövriyyəsinin təxminən 6%-i qədər cərimə cəzasıyla üzləşə bilər.

Avropa Komissiyası bu ittihamları Rəqəmsal Xidmətlər Aktı (DSA) üzrə bir il davam edən araşdırmalardan sonra irəli sürüb. DSA böyük onlayn platformalardan qanunsuz və zərərli məzmunla mübarizə aparmaq üçün daha çox iş görməyi tələb edir.

Aİ tənzimləyiciləri bildiriblər ki, “TikTok”un “asılılıq yaradan” dizayn xüsusiyyətləri – limitsiz sürüşdürmə funksiyası (infinite scroll), avtomatik oynatma (autoplay), puş bildirişləri və yüksək səviyyədə fərdiləşdirilmiş tövsiyə sistemləri istifadəçilərin fiziki və zehni sağlamlığına, xüsusilə uşaqlara mənfi təsir göstərir.

Komissiyanın ittihamları TikTok-un “asılılıq yaradan” dizayn xüsusiyyətlərinə əsaslanır — bunlara limitsiz sürüşdürmə funksiyası (infinite scroll), avtomatik oynatma (autoplay), “push” bildirişləri və ciddi ölçüdə fərdiləşdirilmiş tövsiyə sistemi daxildir. Aİ tənzimləyicilərinin fikrincə, bu xüsusiyyətlər istifadəçilərin diqqətini çəkərək onları tətbiqdə daha çox vaxt sərf etməyə sövq edir və beynin avtomatik rejimə keçməsinə səbəb olur.

Komissiyanın fikrincə, “TikTok” bu xüsusiyyətlərininsanlara, xüsusilə də uşaqlara və yaşlılara vurduğu fiziki və psixoloji zərərləri kifayət qədər araşdırmayıb.

Komissiya həmçinin bildirib ki, “TikTok” ekran vaxtını idarə etmək və valideyn nəzarətini təmin etmək üçün məqbul və təsirli alətlər tətbiq etmir, buna görə də şirkət Aİ daxilində xidmət dizaynını dəyişdirməlidir.

Aİ tənzimləyiciləri qeyd ediblər ki, “TikTok” gecə saatlarında azyaşlıların tətbiqdən istifadə etməsi və istifadəçilərin tətbiqə hansı tezliklə daxil olması kimi kompulsiv göstəriciləri iqnor edir.

Aİ-nin texnologiya şöbəsinin rəhbəri Henna Virkkunen jurnalistlərə deyib ki, “TikTok” fəaliyyətini yenidən nəzərdən keçirməli və Avropa üçün xidmət dizaynını dəyişməlidir.

“TikTok” rəhbərliyi isə ittihamları tənqid edərək bildirib ki, Komissiyanın araşdırmasında platforma tamamilə yanlış təsvir edilir və şirkət bütün mümkün vasitələrlə bu iddialara qarşı mübarizə aparacaq.