Foto:
İran Hörmüz boğazını açmağa razılaşıb. “Reuters” agentliyi bunu İran dövlət televiziyasının xəbərinə istinadən yazıb.
Bildirilir ki, Vaşinqtonun Tehrana göndərdiyi ilkin qeyri-rəsmi çərçivə sazişinə əsasən, İran qarşıdakı bir ay ərzində Hörmüz boğazındakı kommersiya gəmiçiliyini müharibədən əvvəlki səviyyəyə qaytarmalıdır. ABŞ isə İran ətrafındakı silahlı qüvvələrini ordan çıxaracaq və bu ölkəyə qarşı dəniz blokadasını ləğv edəcək.
Dövlət televiziyasının xəbərinə görə, Hörmüz boğazında gəmiçiliyin idarə olunması İranın Omanla əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Əgər 60 gün ərzində yekun razılaşma əldə olunarsa, sənəd BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnaməsi formasında təsdiqlənəcək.
“Politfm”



