Foto: AP Photo



Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdəki müharibə səbəbindən qeyri-müəyyən müddətə təxirə salınmış üçtərəfli danışıqlar prosesinin bərpa olunmasını istəyir.


“Amerika tərəfinin danışıqları Rusiyayla müharibə bitdikdən sonra mövcud formatlarda davam etdirməyə hazır olması barədə verdiyi siqnallar olduqca vacibdir. Danışıqlarda müəyyən fasilə yaranmışdı, amma artıq bu fasiləni bitirmək vaxtıdır” – Zelenski belə deyib.

Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” nəşrinə açıqlamasında deyib ki, yeni görüşün vaxtı və yeri hələ razılaşdırılmayıb, amma bu “yaxın perspektivdə mümkün ola bilər.

Danışıqların əvvəlki raundu fevralın 17-18-də Cenevrədə baş tutub. Həmin görüşün nəticəsi olaraq martın 5-6-da tərəflər arasında “500-500” sxemi üzrə əsir mübadiləsi həyata keçirilib.

Zelenskinin sözlərinə görə, Ukraynanın nümayəndə heyəti – danışıqlar qrupunun siyasi heyəti artıq ABŞ-yə yola düşüb, görüşün bu şənbə keçirilməsi gözlənilir.

“Politfm”