İsrail ordusu hava hədəflərini vurur, Livan sərhədi (foto: AFP)

 


İsraillə döyüşən şiə qruplaşması “Hizbullah” Livanın İsraillə birbaşa danışıqlar aparmasını istəmir.

Livan və Israil sabah – mayın 14-də Vaşinqtonda iki günlük danışıqlara başlamalıdırlar. Məqsəd döyüş əməliyyatlarına son qoymaq və 1948-ci ildə İsrail dövləti yaradılandan bəri müharibə vəziyyətində olan bu iki tərəf arasında münasibətlərin gələcəyini müzakirə etməkdir.

“Hizbullah” tələb edib ki, İsrail hücumları dayandırsın və qoşunlarını işğal olunmuş Livan ərazilərindən çıxarsın (BBC).

İranın dəstəklədiyi bu qruplaşmanın rəhbəri Naim Qasım bildirib ki, “Hizbullah”ın silahsızlaşdırılması Livanın daxili məsələsidir və İsraillə müzakirə olunmamalıdır.

İsrail və “Hizbullah” arasında qarşılıqlı zərbələr ABŞ prezidenti Donald Trampın 16 apreldə İsrail və Livan hökumətləri arasında atəşkəs razılaşması əldə olunduğunu elan etməsindən sonra da davam edir.

İsrail və “Hizbullah” bu müddət ərzində bir-birini atəşkəsi pozmaqda ittiham edərək qarşılıqlı hücumları davam etdiriblər.


“Politfm”