ABŞ-nin yüksək dəqiqlikli “B61-12” termonüvə bombasının modernləşdirilmiş versiyası (foto: internet)
ABŞ özünün Avropadakı bütün nüvə silahlarını geri götürməli və onların yerləşdirilməsi üçün yaradılmış yerli infrastrukturu ləğv etməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov belə deyib (TASS).
Onun sözlərinə görə, Moskva həmin coğrafiyada belə bir arsenalın yerləşdirilməsi və saxlanmasını təhdid kimi qiymətləndirir.
“ABŞ-nin Avropada yerləşdirilmiş nüvə silahlarının Rusiya ərazisindəki mülki və hərbi infrastrukturun ən mühüm obyektlərinə zərbə endirmək imkanı baxımından mahiyyət etibarilə strateji xarakter daşıyır. Buna görə də biz həmin silahların Avropadan çıxarılaraq ABŞ-yə qaytarılmasında israr edirik” deyə, Belousov əlavə edib.
“Financial Times” daha əvvəl yazmışdı ki, Birləşmiş Ştatlarla Avropadakı müttəfiqləri arasında nüvə silahı daşımaq qabiliyyətinə malik Amerika təyyarələrinin Rusiyayla həmsərhəd NATO ölkələrində yerləşdirilməsi barədə müzakirələr gedir. danışıqlar getməsi xəbərindən sonra səsləndirilib.
Nəşrə danışan mənbələr bu planı Rusiyanın Ukraynaya qarşı müharibəsi və Kremlin nüvə şantajıyla əlaqələndiriblər.
Polşa və Litva ABŞ-nin nüvə silahını öz ərazilərində görmək istədiklərini açıq şəkildə bəyan ediblər.
“Politfm”



