Foto: Amerikanın Səsi

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə növbəti proses keçirilib.

Dövlət ittihamçışı E. İbrahimovun 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah qismində əşyadan istifadə ilə xuliqanlıq) maddələri ilə təqsirli bilinməsini və 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün bir ay vaxt verilib.