Bu gün Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan Basqal (Zeynalov) barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma — ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi açılıb.

Kənan Basqal ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.