İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlu barəsində korrupsiya istintaqı çərçivəsində həbs qətimkan tədbiri seçilib.

İstanbul Cəza Məhkəməsi martın 23-də keçirilən iclasda prokurorun bələdiyyə sədrinin həbsi ilə bağlı vəsatətini təmin edib.

Qərara əsasən, onun Silivri Həbsxanasına göndərilməsi nəzərdə tutulub.

İmamoğlu ittihamları rədd edir və həbsinin səbəbinin siyasi olduğunu bildirir.