İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu Türkiyə polisi tərəfindən saxlanılıb
Saxlanılma fonunda Türkiyədə X, YouTube, TikTok və Instagram platformalarına giriş məhdudlaşdırılıb.
Yerli medianın məlumatına görə, İmamoğlu korrupsiya işi çərçivəsində saxlanılıb. Reuters xəbər verir ki, onunla yanaşı, jurnalistlər və iş adamları da daxil olmaqla, ümumilikdə 100-dən artıq şəxs barəsində həbs qərarı verilib.
İmamoğlu bildirib ki, polis qüvvələri evini mühasirəyə alıb, lakin o, heç bir təzyiqə boyun əyməyəcəyini və mövqeyini müdafiə etməyə davam edəcəyini vurğulayıb. Bu il onun barəsində istintaq başladılmışdı və o, “istintaqa, ekspertlərə və şahidlərə təsir göstərməkdə” ittiham olunur.
İmamoğlunun martın 23-də prezidentliyə namizədliyi irəli sürüləcəyi gözlənilirdi. Bundan əlavə, İstanbulda 4 gün müddətinə mitinq və nümayişlər qadağan edilib. TGRT Haber telekanalı bildirir ki, bu qadağa “ictimai asayişi qorumaq” və “potensial təxribatların qarşısını almaq” məqsədi ilə tətbiq olunub..



