Foto: “Bloomberg”
ABŞ Hörmüz boğazını blokadaya alacağını açıqlayandan sonra Avropada qazın qiyməti artıb.
Bu gün Niderlandın təbii qaz habında (TTF) Avropa qaz fyuçerslərinin qiyməti 7% artaraq hər 1000 kubmetr üçün 570 dollar olub.
Avropada qazın qiyməti fevralın sonundan bəri 50%-dən çox artıb.
Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 4 mlrd. 381 mln. kubmetr təbii qaz ixrac edilib. Bu əməliyyatdan 1 milyard 285 milyon dollar valyuta əldə olunub. İxrac təqribən 5% artıb. Ümumi ixracın yarıdan çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.
2026-cı ilin ilk iki ayında Azərbaycanın dövlət büdcəsində təbii qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 440 dollar səviyyəsində müəyyən edilib.
“Politfm”



