Foto: AFP

 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün – aprelin 13-də, saat 10.00-dan etibarən (Bakı vaxtıyla 18.00) İranın bütün limanlarını blokladaya alacağını elan edib.

ABŞ Prezidenti Donald Tramp bu qərarı İslamabadda (Pakistan) keçirilən sülh danışıqları nəticəsiz qalandan sonra verib. Blokada İranın həm Fars körfəzi, həm də Oman körfəzi sahillərindəki bütün limanlarını əhatə edəcək. Məqsəd İranın neft ixracını və dəniz ticarətini tamamilə dayandırmaqdır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, blokada yalnız İran limanlarına gedən və ya oradan gələn gəmilərə şamil olunacaq. Digər ölkələrə məxsus və İrana aidiyyəti olmayan gəmilərin Hörmüz boğazından keçidinə (İran sularına daxil olmamaq şərtilə) icazə veriləcəyi qeyd olunur.

Tehran bu addımı atəşkəsin pozulması kimi qiymətləndirib və hərbi cavab verəcəyini bildirib. İran rəsmiləri Hörmüz boğazının tamamilə bağlanacağı və qlobal neft qiymətlərinin kəskin artacağı barədə xəbərdarlıq ediblər.

“Politfm”