Foto: “worldbank.org”
“ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs qüvvəyə minsə belə, Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata zəncirvari təsir göstərəcək”.
Bunu Dünya Bankının prezidenti Acay Banqa “Reuters” agentliyinə müsahibəsində deyib.
Banqa bildirib ki, müharibənin erkən başa çatmasıyla baza ssenarisində qlobal artım 0,3-0,4%-ə, davam edəcəyi təqdirdə isə 1%-ə qədər azala bilər.
Dünya Bankının ümumi qənaəti budur ki, münaqişənin dayandırılması üçün ciddi addımlar atılmasa, qlobal iqtisadiyyat uzunmüddətli “geosiyasi qeyri-müəyyənlik” dövrünə qədəm qoyacaq.
Dünya Bankı 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2% olacağını proqnozlaşdırıb.
“Politfm”



