Foto: Ermənistan DİN
Ermənistanın Baş naziri Nikol Paşinyanı və Vətəndaş Müqaviləsi Partiyasının digər nümayəndələrini müşayət edən maşın karvanındakı polis avtobusu qəzaya uğrayıb.
Küçak-Aparan avtomobil yolunda baş vermiş qəza nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qəza səhər saat 07:50 radələrində qeydə alınıb. Hadisə zamanı “Honda” markalı avtobusla “Nissan” markalı minik avtomobili toqquşub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisədən bir qədər sonra Paşinyan özünün sosial şəbəkə hesabında Aparan şəhərindən video paylaşıb.
“Politfm”



