Foto: AP

 

 

Böyük Britaniya və Almaniya “Deep Precision Strike” (DPS) adlı yüksək dəqiqlikli uzaqmənzilli silahın hazırlanmasını nəzərdə tutan yönəlmiş məxfi proqramın icrasına başlayıb. Bu silahın Rusiya ərazisində 2 000 kilometrədək məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik olacağı bildirilir.

“The Moscow Times” bu barədə “Welt” nəşrinə istinadən məlumat yayıb.

Britaniya və Almaniya rəsmiləri nəşrə bildiriblər ki, proqram London və Berlin arasında yeni hərbi əməkdaşlığın əsas layihəsi hesab olunur. Yeni raketin hazırlanmasının 2034-cü ildə başa çatdırılması planlaşdırılır.

Layihə iyul ayında Ankarada keçirilən NATO sammitində təqdim edilib. Proqramın dəyəri 35 milyard avro qiymətləndirilir və onun həyata keçirilməsində NATO-nun 12 üzv ölkəsi iştirak edir.

“Welt” yazıb ki, yeni raketin iki variantı nəzərdən keçirilir. Birinci variant Rusiyanın hava hücumundan müdafiə sistemlərini dəf edə biləcək, alçaq hündürlükdə uçan qanadlı raketdir. İkinci variantsa sürəti səsin sürətindən beş dəfə çox olan hipersəs raketidir.

“Politfm”