Maliyə Nazirliyinin verdiyi məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib. Bu, proqnozdan 458,9 milyon manat və ya 5.0 faiz çoxdur.
Büdcə xərcləri isə 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində (97.6 faiz) icra edilib.
İcmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat təşkil edib.
“Politfm”



