Foto: Məhəmməd Rza Camei/”shutterstock.com”
ABŞ və İran arasında iki həftəlik qarşılıqlı atəşkəs xəbəri Avropa birjasında qazın qiymətini 18% aşağı salıb.
Bunu Londonun “Intercontinental Exchange” (ICE) birjasının məlumatları göstərir.
Niderlanddakı TTF habında may fyuçerslərinin qiyməti təxminən 1 000 kubmetr üçün 518 dollara (€42,905/MVt·s) qədər enib.
Cəmi bir ay ərzində (mart ayında) Yaxın Şərqdəki gərginlik fonunda qiymətlər 800 dollardan yuxarı qalxmışdı.
Atəşkəs xəbəri xüsusilə də Hörmüz boğazı kimi mühüm enerji marşrutunda mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarıyla bağlı yaranmış narahatlıqları müvəqqəti olaraq aradan qaldırıb.
Bu ucuzlaşma təkcə qaz bazarına deyil, Hindistan və Yaponiya kimi ölkələrin fond birjalarına da müsbət təsir göstərib, investorların nikbinliyini artırıb.
“Politfm”



