Foto: “Reuters”
Dəməşq məhkəməsi Suriyanın devrilmiş prezidenti Bəşər Əsədi və qardaşı Mahir Əsədi qiyabi olaraq ölüm cəzasına məhkum edib.
Bu barədə “Associadet Press” agentliyi məlumat yayıb.
Onlar hakimiyyətdə olduqları dövrdə törədilmiş cinayətlərə, o cümlədən qətllərə, işgəncələrə, məhkəməsiz edamlara və qanunsuz həbslərə görə ittiham olunublar.
2024-cü ilin dekabrında Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya qaçıb. Vladimir Putinin dəstəklədiyi diktatora qarşı 14 il davam edən vətəndaş müharibəsi nəticəsində təxminən yarım milyon insan həlak olub.
«Bəşər Əsəd hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətmək üçün dövlət qurumlarından istifadə edib» – hakim Fəxrəddin əl-Əryan canlı yayımlanan məhkəmə iclasında belə deyib.
“Politfm”



