Foto: Social media of Gevorg Papoyan
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin iki ayı ərzində Azərbaycanın Ermənistana ixrac etdiyi məhsulların ümumi dəyəri 4 milyon 220 min ABŞ dollarından çox olub.
Bu məhsulların mütləq əksəriyyətini yanacaq-sürtkü materialları təşkil edir. Təkcə yanvar ayının ilk yarısında Ermənistana ümumilikdə 2700 tondan çox Aİ-95, Aİ-92 və dizel yanacağı göndərilib.
2026-cı ilin yanvar ayındakı ixrac göstəricisi (2,4 milyon dollar) 2025-ci ilin müvafiq dövrüylə müqayisədə 3 dəfə çoxdur.
Bu dövr ərzində Ermənistandan Azərbaycana hər hansı məhsulun idxalı barədə məlumat yoxdur.
İqtisadçı deputat Vüqar Bayramov “medianews.az” saytına fevral ayında yazdığı məqalədə qeyd edib ki, “Sülh müqaviləsi imzalanarsa və ticari əlaqələr bərpa edilərsə, Azərbaycanla Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər”.
“Politfm”



