Dövlət Gömrük Komitəsinin bu gün – martin 17-də açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin eyni dövrüylə müqayisədə 29,7% azdır.
Bu dövr üzrə ixracın həcmi 23,1% azalaraq 3 milyard 665. milyon dollar təşkil edib. İdxalsa 37,2% azalaraq 2 milyard 599 milyon dollara bərabər olub.
Ötən il xarici ticarətin müsbət saldosu 1 milyard 65.7 milyon dollar təşkil etmişdi. İndi bu məbləğ 628 milyon dollara düşüb.
Sənayedə artım tempi düşməyə davam edib.
Dövlət Statistika Komitəsinin (DSK) bu gün – martın 17-də açıqladığı məlumata görəsə, Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2026-cı ilin yanvar-fevral aylarında 9,3 milyard manat məbləğində məhsul istehsal ediblər.
Komitə qeyd edir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5% çoxdur: “Emal sənayesində 2026-cı ilin yanvar-fevral aylarında daha çox artım avtomobil, qoşqu, yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri sahələrində olub”.
DSK daha əvvəl bildirmişdi ki, 2026-cı ilin yanvar ayında əvvəlki ilin yanvarıyla müqayisədə 2,5% çox sənaye məhsulu istehsal edilib – neft-qaz sektorunda məhsul istehsalı 1,4%, qeyri neft-qaz sektorunda isə 8,7% artıb. 2025-ci ildə isə sənayə istehsalının 2024-cü illə müqayisədə 1% azaldığı bildirilmişdi.
DSK-nın açıqlamasında senaye istehsalındakı artım tempinin yenidən aşağı düşməsinin səbəbləri açıqlanmır.
“Politfm”



