Tehranda ABŞ və İsrail əleyhinə mitinq (foto: “Reuters”)
“İran bildirib ki, ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməməsi Vaşinqtonun “həddindən artıq tələbləri, qeyri-real gözləntiləri, mövqelərdə davamlı dəyişikliklər, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması kimi qiymətləndirdiyi davam edən dəniz blokadası” ilə bağlıdır”.
IRNA xəbər agentliyinin “X” (“Twitter”) platformasında dünən – aprelin 19 paylaşdığı xəbərdə belə deyilir.
İran rəsmiləri aprelin 18-də bildirmişdilər ki, “ABŞ ilə növbəti danışıqların vaxtı müəyyən edilməyib və hər hansı yeni mərhələ yalnız əvvəlcədən çərçivə razılaşması əldə olunacağı təqdirdə mümkün olacaq. İran yalnız beynəlxalq hüquqa əsaslanan “konstruktiv” danışıqlarda iştirak edəcək və ABŞ-ın “maksimalist tələblərini” qəbul etmir” (“Reuters”).
“Politfm”



