İllüstrasiya: “ChatGPT”

 

 

2026-cı ilin yanvar–avqust aylarında dünyanın 191 ölkəsindən Azərbaycana 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır.

Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinə istinadən yaydığı məlumata görə, gələnlərin 66,9%-ni kişilər, 33,1%-ni qadınlar təşkil edib.

Gələnlərin ölkələr üzrə bölgüsü:

• Rusiya — 27,9%;
• Türkiyə — 19,4%;
• İran — 7,8%;
• Gürcüstan — 4,8%;
• Qazaxıstan — 4,6%;
• İsrail — 3,5%;
• Pakistan — 3,4%;
• Özbəkistan — 3,2%;
• Çin və Hindistan — hər biri 2,6%;
• Səudiyyə Ərəbistanı — 2,5%;
• Ukrayna — 1,6%;
• Türkmənistan — 1,3%;
• Almaniya — 1,1%;
• Böyük Britaniya — 1,0%;
• digər ölkələr — 12,7%.

Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayı artıb

2025-ci ilin yanvar–avqust ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,6% artaraq 77,8 minə, MDB ölkələrindən gələnlərin sayı isə 3,1% artaraq 619,5 minə çatıb.

Körfəz ölkələrindən gələnlərin sayı 33,3% azalaraq 192 min, digər ölkələrdən gələnlərin sayı isə 8,2% azalaraq 696,7 min nəfər olub.

Azərbaycana gələnlərin 73,1%-i hava, 25,5%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

Xaricə gedən Azərbaycan vətəndaşlarının da sayı azalıb

2026-cı ilin yanvar–avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 1 milyon 384,5 min nəfər təşkil edib.
Səfərlərin istiqamətlər üzrə bölgüsü belə olub:

• Türkiyə — 43,9%; səfərlərin sayı 2,2% artıb;
• Rusiya — 14,8%; səfərlərin sayı 2,2% azalıb;
• Gürcüstan — 12,8%; səfərlərin sayı 13,6% artıb;
• İran — 5,3%; səfərlərin sayı 41,2% azalıb;
• digər ölkələr — 23,2%; səfərlərin sayı 3,9% azalıb.

Xaricə gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib. Onların 70,7%-i hava, 27,4%-i dəmir yolu və avtomobil, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.

“Politfm”