Foto: internet
Azərbaycan və Ermənistan arasında birbaşa ticarət əlaqələrində irəliləmə müşahidə olunur. Dövlət Gömrük Komitəsinin 2026-cı ilin aprel ayında açıqladığı məlumata görə, mart ayında uzun illərdən sonra ilk dəfə Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal edilib.
Bu, uzun illərdən sonra qeydə alınan ilk rəsmi idxal göstəricisidir.
2026-cı ilin birinci rübündə (yanvar-mart) Azərbaycandan Ermənistana 5 milyon 757 min dollar dəyərində məhsul ixrac edilib. Bu ixracın əsas hissəsini neft məhsulları (benzin və dizel yanacağı) təşkil edib.
“Politfm”



