Foto: Ukrayna Prezidentinin Ofisi



Böyük Britaniya Ukraynaya hərbi yardım çərçivəsində rekord sayda – 120.000 ədəd dron göndəcəyini açıqlayıb. Bu, Britaniya tarixində dronların sayı baxımından ən böyük paketdir.

Paketə yalnız adi PUA-lar yox, həmçinin uzaqmənzilli zərbə dronları, kəşfiyyat, logistika və hətta dəniz dronları daxildir.

Bu tədarük Londonun Ukrayna üçün ayırdığı illik 3 milyard funt-sterlinqlik (təxminən 4 milyard dollar) hərbi yardım büdcəsi və dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdiriləcək.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, tədarüklərə artıq start verilib.

“Politfm”