Foto: “Reuters”
Avropa Komissiyası iyunun 30-da Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün nəzərdə tutulmuş təxminən 6 milyard avroluq ilk tranş çərçivəsində 3,9 milyard avroluq ilk ödəniş ayrıldığını elan edib.
Bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
Bildirilir ki, bu ödəniş iyunun 25-də Ukraynaya məqsədli makromaliyyə yardımı proqramı çərçivəsində köçürülmüş 3,2 milyard avroluq ilk tranşdan sonra həyata keçirilir.
“Sonrakı ödənişlər yaxın günlərdə Ukraynanın təqdim etdiyi maliyyələşdirmə sorğularına uyğun olaraq, pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan ilk tranş tam ödənilənədək davam edəcək” deyə, məlumatda qeyd edilir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə deyib ki, “Ardınca daha çox dəstək olacaq. Bu investisiyalar Ukraynaya öz vətəndaşlarını qorumağa, suverenliyini müdafiə etməyə və Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Avropa ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynanın yanında qətiyyətlə dayanacaq” (“Radio Svoboda”).
“Politfm”



