17 yanvar 2024 (foto: “Getty İmages”)
ABŞ Ali Məhkəməsi prezidenti Donald Trampın yazıçı və jurnalist Elizabet Cin Kerrolla bağlı qərardan apellyasiya şikayətinə baxmayacaq. Kerroll ABŞ liderini 1990-cı illərdə ona təcavüz etməkdə günahlandırıb.
2023-cü ilin mayında andlılar heyəti Trampın Kerrolla qarşı cinsi qısnama etdiyinə qərar versə də, onu zorlamaqda təqsirli bilməmişdi. Məhkəmə həmçinin Amerika prezidentinin böhtana görə yazıçıya 5 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarmışdı.
Tramp bildirirdi ki, həmin prosesin hakimi andlıların onunla bağlı düşüncəsinə təsir edən sübutların təqdim olunmasına qanunsuz şəkildə icazə verib. O, bütün ittihamları ardıcıl şəkildə rədd etmişdi.
Keçən il apellyasiya məhkəməsi andlıların qərarını qüvvədə saxlamış və yeni məhkəmə araşdırmasına ehtiyac olmadığını bildirmişdi. Bundan sonra Tramp Ali Məhkəməyə müraciət etmiçdi.
İndi o, Kerolla 5 milyon dollar təzminat ödəməli olacaq.
Başqa bir böhtana görəsə andlılar heyəti Trampa 83 milyon dollardan çox təzminat ödəmək öhdəliyi qoyub. Keçən ilin sentyabrında hakimlər kollegiyası bu qərardan verilən apellyasiya şikayətibi də rədd etmişdi.
“Politfm”



