Almaniya Kansleri Fridrix Merz və ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Vaşinqton, 6 mart 2026 (foto: Kay Nietfeld /dpa/picture)

 

ABŞ Prezidenti Donald Tramp İran müharibəsiyə bağlı Vaşinqtonu tənqid edən Almaniya Kansleri Fridrix Merzə sərt cavab verib.

 

“Almaniya Kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasını normal qarşılayır. Nə danışdığını bilmir!” – Tramp özünün “Truth Social” platformasında belə yazıb.

Tramp iddia edib ki, İran nüvə silahı əldə edəcəyi təqdirdə bütün dünya Tehranın “girovuna” çevriləcək:

“Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov vəziyyətində saxlanılardı. Mən hazırda İran məsələsində digər dövlətlərin və ya prezidentlərin çoxdan etməli olduğu bir işi görürəm. Almaniyanın həm iqtisadi, həm də digər sahələrdə bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!” 

Merz bazar ertəsi lisey tələbələriylə görüşdə ABŞ-nin İran müharibəiylə bağlı açıq strategiyasının olmadığını deyib, bu müharibəni düşünülməmiş qərar adlandırıb və bununla bağlı şübhələrini şəxsən Trampın özünə də çatdırdığını qeyd edib.

O, ABŞ-nin İran tərəfindən “alçaldıldığını”, iranlıların gözləniləndən daha güclü çıxdıqlarını və amerikalıların danışıqlar üçün inandırıcı strategiyaya sahib olmadıqlarını vurğulayıb:

“İranlılar çox ustalıqla danışıqlar aparırlar; daha doğrusu, ustalıqla bunu etmirlər… Amerikalıları İslamabada qədər gətirdib sonra da heç bir nəticə olmadan geri göndərdilər. Bütöv bir xalq İran rəhbərliyi tərəfindən alçaldılır”.

“Belə münaqişələrdə problem həmişə eynidir. Məsələ yalnız daxil olmaq deyil, eyni zamanda oradan çıxmağı da bacarmaqdır” deyən Merz illərlə davam edən Əfqanıstan və İraq müharibələrini xatırladıb.

Trampın iddiasının əksinə olaraq Almaniya kansleri heç bir çıxışında İranın nüvə silahına sahib olmasını dəstəkləməyib. Müharibə başlayandan sonrakı ilk açıqlamalarında ABŞ və İsrailə açıq və güclü dəstəyini ifadə etdib.

 

“Politfm”