Vahid Ələkbərov “Yelo Bank” ASC-nin baş ofisinin rəsmi açılışında, Bakı, 20 oktyabr 2021 (foto: internet)

 

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketinin tətbiqinə başlayıb. Bu paket çərçivəsində 20 Rusiya bankıyla əməliyyatlara qadağa qoyulur. Onların arasında “Yelo Bank-Azərbaycan”ın da adı var (https//www.efta.int/sites/default/files/media/documents/legal-texts/free-trade-relations/central-america/annexes-en/annex-xix-ipr.pdf).

Bu maliyyə qurumunun əvvəlki adı “Nikoil Bank” olub; Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən yaradılıb.

Səhmlərinin böyük hissəsi (98.91%-i) sonradan Marina Kulişovaya verilsə də, hələ də Ələkbərovun nəzarətində olduğu bildirilir.


“Politfm”