Foto: internet
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus “Yelo Bank”ı məhdudiyyətlər tətbiq edilmiş qurumlar siyahısından çıxarıb. Buna səbəb bankın bütün Rusiya maliyyə sistemləri ilə əlaqələrini dayandırması və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı nəzarət mexanizmləri tətbiq etməsi olub.
Bu barədə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.
Aİ Rusiyaya və sanksiyalardan yan keçməyə şərait yaradan üçüncü ölkələrin banklarına təzyiqi gücləndirməyə davam edir. 21-ci sanksiyalar paketi çərçivəsində daha 33 Rusiya bankına qarşı məhdudiyyətlər tətbiq edilib: onların beynəlxalq əməliyyatları qadağan olunub və maliyyə mesajlaşma sistemləri SWIFT-dən çıxarılıb.
Sanksiyalardan yan keçməyəı yardım etdiklərinə görə Monqolustanun bir bankı, Rusiyanın “Sberbank” və VTB banklarının Hindistandakı iki törəmə qurumu, eləcə də Rusiyanın “Mir” ödəniş sistemindən istifadəni davam etdirən Qırğızıstan bankı da Aİ sanksiyalarına məruz qalıb.
“Politfm”



