ABŞ hərbçiləri “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinin göyərtəsinə artilleriya topları yerləşdirirlər, Ərəbistan dənizi, 27 fevral 2026 (foto: “Getty Images”)
İrana qarşı hərbi əməliyyatlara ABŞ bu günə qədər 61 milyard dollardan çox vəsait xərcləyib. Bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.
Bildirilir ki, əməliyyatın 55-ci günündə ABŞ-nin hərbi xərcləri 61 milyard dolları keçib.
Portal qeyd edir ki, məlumatlar real vaxt rejimində yenilənir və hesablamalara şəxsi heyətin saxlanılması, bölgəyə göndərilən gəmilər və digər əlaqəli xərclər daxildir.
Portalın hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi məlumata əsaslanır. Hənim məlumatda əməliyyatın ilk altı günündə 11,3 milyard dollar xərcləndiyi bildirilib. Respublikaçı senator Riçard Blümental isə sonrakı dövrdə gündəlik xərclərin təxminən 1 milyard dollar olduğunu deyib.
“Politfm”



