İran bayrağının təsvir olunduğu reklam lövhəsi, Tehran, 24 yanvar 2026 (foto: Məcid Əsgəripur/Vana Xəbər Agentliyi/”Reuters”)



ABŞ Maliyyə Nazirliyi İrana bağlı olduğu iddia edilən kriptovalyuta aktivlərinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, dondurulan vəsaitin həcmi 344 milyon ABŞ dolları dəyərindədir.

ABŞ-nin maliyyə naziri Skott Bessent deyib ki, bu addım “iqtisadi təzyiq” kampaniyası çərçivəsində həyata keçirilir və Tehranın maliyyə resurslarına çıxışını məhdudlaşdırmağa hesablanıb.

“ABŞ İrana aid maliyyə axınlarını izləməyə davam edəcək və ölkənin vəsaitləri xaricə çıxarmaq cəhdlərinin qarşısını almaq üçün əlavə tədbirlər görəcək” deyə, Bessent əlavə edib.

“Politfm”